Fazil Mustafa: "Qala divarlarının restavrasiyası modern üsluba uyğun aparılmalıdır" — FOTO

İNFRASTRUKTUR 18 iyn 2024, 15:47
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa İçərişəhərin Qala divarlarının yenidən bərpa olunmuş formasının tənqidlə qarşılanmasına münasibət bildirib.

Komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, Qala divarlarının restavrasiyası modern üsluba uyğun aparılmalıdır.

"Elə "tarixilik" adı ilə tarixi olduğu kimi  divarlara köçürmürlər ki. Xeyli işlər görülüb, düzəlişlər edilib. İçərişəhərin siması tamamilə dəyişib. Tarixiliyi bir az modernliklə uzlaşdırmalıyıq. Hesab edirəm, bu işə mütəxəssislər baxırlar, məsələ ətrafında fikirlərini söyləyirlər. Tənqid etmək olar, amma bütövlükdə real işin görülməsi olduqca çətinliklər yaradır. Bu baxımdan, iş mütəxəssislərin müzakirəsinə verilməlidir. Doğrudan da divarların tam tarixi  bərpa olunmasına imkan yoxdursa, ən azı əvvəlkinə bənzər formada düzəldilməsi faydalıdır", - o deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top