Xırdalan şəhərindəki bu ərazi 5 aydır baxımsız vəziyyətdədir — VİDEO

SOSİAL 18 iyun 2024, 14:47
Xırdalan şəhərindəki küçələrdən birində zibil, üfunət və pis qoxu əlindən tərpənmək mümkün deyil.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.

Sakinlər bildirir ki, "Nazlı petrol" adlı yanacaqdoldurma məntəqəsinin yanında qoyulan zibil konteynerləri tullantılarla aşıb-daşır.

Zibil hər gün daşınılmadığından ərazini üfunət və pis qoxu bürüyüb.

Sakinlər bununla bağlı aidiyyatı qurumlara da müraciət ediblər. Lakin müsbət nəticə əldə etməyiblər.
Onların sözlərinə görə ərazi fevral ayından bu vəziyyətdədir.

Sözügedən ərazidən video təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top