3 məşhur həkim istefa verdi — Tibb Universitetində nə baş verir?

SOSİAL 14 iyun 2024, 11:46
Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin (ATU) iki xəstəxanasının direktoru işdən azad olunub.

Demokrat.az-ın Bakupost.az-a istinadən məlumatına görə, Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayev və Tədris Terapevtik Klinikasının direktoru Fərid Eyvazov, hər ikisi vəzifəsindən istefa verib.

Bundan başqa, Tədris Cərrahiyyə Klinikasının baş həkimi professor Fariz Camalov da istefa ərizəsini yazıb.

Onların istefa səbəbi hələlik məlum deyil.


Fotoda: Cəmil İskəndərov

Qeyd edək ki, ATU Tədris Cərrahiyyə Klinikasının (TCK) direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.

Yeni direktoru ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib.


Fotoda: Valeh Hüseynov

Tədris Terapevtik Klinikaya isə Valeh Hüseynov təyin olunub.

V. Hüseynov Səhiyyə nazirinin əmri ilə mayın 14-də Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru vəzifəsindən azad edilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top