BMT: Dünya üzrə qaçqınların sayı 120 milyona çatdı

DÜNYA 13 iyun 2024, 20:59
Dünya üzrə qaçqınların sayı 120 milyon nəfər çatıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Bildirilib ki, qlobal miqyasda müharibə və təbii fəlakətlərin artması ilə ölkələrindən qaçan və ya qaçmağa məcbur olan insanların sayı 117,3 milyona çatıb. 

Təşkilat bu ilin ilk 4 ayında məcburi köçkünlük rəqəmlərinin əlavə edilməsi ilə bu rəqəmin 120 milyona çatdığını təxmin edir. 

Bu rəqəm 2022-ci ilin sonu ilə müqayisədə 8 faiz artım deməkdir.

8,8 milyon nəfərin artması ilə bu rəqəm təşkilatın qeydlər aparmağa başlamasından bəri ən yüksək göstəriciyə çatıb. 

Qeyd edək ki, məcburi köçkünlərin təxminən 40 faizi uşaqlardır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top