“Bakı ən az 15 faiz bizim ömrümüzü qısaldır” — Paytaxtın köçürülməsi təklif edilir

GÜNDƏM 13 iyn 2024, 17:49
Yay fəslində paytaxtda axşam gəzintilərini özünəməxsus yeri var. Lakin şəhərin rütubətli havası yay axşamlarını dözülməz edir. Yay fəsli boyunca Bakıda havanın rütubəti daha da artır. Yayda Bakıda rütubətin artmasının səbəbi nədir? Ekoloq Ənvər Əliyev bununla bağlı Demokrat.az-a açıqlama verib. O qeyd edib ki, bu, paytaxt Bakının coğrafi mövqeyi ilə əlaqəlidir:



“Bakı şəhəri ümumiyyətlə, məskunlaşma üçün yararsız bir torpaq sahəsidir. Minilliklərlə yaşı olan bu şəhərdə bəzi ərazilər istisna olmaqla elə də çox əhali yaşamayıb. Orta əsr səyyahları da yazır ki, şəhərin havası çox rütubətli, tozlu, küləkli və dəyişkən olub. 90-cı illərdə təkif edirdim ki, gəlin paytaxtı coğrafi bir mərkəzə köçürək. Oksigen çatışmazlığı da var bu şəhərdə, təmiz hava üçün heç olmasa, 2-3 saat Qubaya, Şamaxıya maşın sürəsən. Fikrimcə, Bakı ən az 15 faiz bizim ömrümüzü qısaldır. Bakının rütubəti də şəhərin havasını ağırlaşdıran amillərdən biridir. İnsanın sağlam yaşayışı üçün havada rütubət səviyyəsi ən aşağı həddə olmalıdır. Nəmişlik 40-45 faizi aşırsa, bu artıq faciədir. Bəzi günlər Bakıda rütubət 60-70 faizə çatır. Bakının coğrafi mövqeyinə görə onun havası da rütubətlidir. Dəniz olan yerdə rütubət olması normal haldır. Rütubət artdıqca oksigen azalır, bu da insana halsızlıq, baş ağrısı verir. Bəzən günlərlə tozlu hava hiss edirik. Rütubətli yerdə üstəgəl toz da olanda vəziyyət daha da pisləşir, insan nəfəs ala bilmir, bədbinləşir.  Yayda da rütubətin  artması normal haldır. Gün qızır, yağış yağmır, dəniz geri çəkilir, quruyur, təbii ki, rütubət də artacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top