Azərbaycan Çində dəmir yolu terminalı ala bilər

İNFRASTRUKTUR 13 iyn 2024, 12:16
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Çində terminal almaq yaxud tikmək imkanlarını nəzərdən keçirir.

Bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

"Çin bazarı Azərbaycan üçün prioritetdir. Buna görə də həmin ölkəyə ayırca nümayəndə təyin etməyə qərar vermişik. Hazırda ADY Çin bazarında araşdırma aparır, gələcəkdə ola bilər ki, Çində nümayəndəlik açaq. Daha sonra Çində terminal almağı və yaxud tikməyi düşünürük. Çin bazarına məqsədli şəkildə qatılırıq”,- deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 iyl 2024, 11:35
Top