"Santuşun işi əməlli-başlı çətin olacaq" — Aslan Kərimov

İDMAN 13 iyun 2024, 09:47
Tanınmış futbol mütəxəssisi Aslan Kərimov Fernandu Santuşun Azərbaycan millisinə baş məşqçi təyin edilməsini şərh edib.

Yığmamızın sabiq futbolçusu portuqaliyalı çalışdırıcı barədə fikirlərini Fanat.Az-a bölüşüb:

"Santuşun təyinatı deyəsən, hamı üçün süpiriz oldu. Bu mütəxəssisin təcrübəsinə və savadına heç kimin şübhə etməməlidir. Burada maraqlı məsələ onun bizə nə qədər zaman ayırması olacaq. Nə qədər təcrübəli olsan da, milli komandada iş bir qədər fərqlidir. Oyunçularla və onların mentaliteti ilə tanışlıq müəyyən vaxt apara bilər. Məncə, Santuşun yanında yerli mütəxəssis olmalıdır. Ulduzlarla işləmiş biri üçün Azərbaycan seçməsində müəyyən çətinliklər yarana bilər. Təbii ki, bizim seçməmizdə portuqaliyalı ulduzlar yoxdur. Onun işi əməlli-başlı çətin olacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top