Bir məzardan üç skelet çıxdı — VİDEO

DÜNYA 12 iyun 2024, 14:22
Türkiyədə bir məzardan üç qəbir çıxıb.

Demokrat.az Türkiyə KİV-ə istinadən xəəbr verir ki, kuryoz hadisə Siirt vilayətində Şeyx Əli Segirkan türbəsinin restavrasiyası zamanı baş verib.

Bununla bağlı aidiyyatı qurumlara məlumat verilib. Hazırda türbənin təhlükəsizliyi qorunulur.

Burada artıq 9 gündür ki təmir-bərpa işləri aparılırdı.

"Bu türbəni Şeyx Əli Segirkan, türkcədə "Şeyx Əli türbəsi" adlandırırıq. Bu türbə atamızdan, babamızdan, yəni 8-10 nəsildən bəri buradadır. Bizim uşaqlarımız, qadınlarımız, kəndlilərimiz, qonşu kəndlərdən buraya gəlib bu adamı ziyarət edirdilər. Biz bu ibadətgahı 2017-ci ildə bərpa etməyə başladıq.

Tikinti xeyriyyəçilər tərəfindən həyata keçirilib. Buradakı qəbiristanlığın üstündə bir daş yığını var idi. Biz bu daşları qaldıranda baxdıq ki, üç qəbir var. Biz bir qəbir olduğunu bildirdik. Üç qəbir ortaya çıxdı. Qəbirlər aşkar edildikdən sonra Mədəniyyət Turizm İdarəsinə xəbər verdik" - deyə kənd muxtarı Mehmet Can Kezer bildirib.

Hazırda mühafizə olunan türbəyə arxeoloqların cəlb ediləcəyi deyilib. Təxminlərə görə aşkar olunan qəbirlərdə uyuanlar üç şəhid ola bilər. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top