Beynəlxalq İdman Araşdırmaları Mərkəzi “CIES Football Observatory” 2024-cü il Avropa çempionatında qələbəyə dörd əsas iddiaçının adını açıqlayıb.
Favoritləri müəyyən etmək üçün milli komandaların tərkibinə əsasən bir sıra mürəkkəb düsturlar, indekslər və hesablamalardan istifadə edilib.
Beləliklə, CIES-in məlumatına görə, AVRO-2024-ün favoritləri Fransa, İngiltərə, Almaniya və İspaniya komandalarıdır.
Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Qruplarda birinci və ikinci yerləri tutan komandalar, həmçinin dörd ən yaxşı üçüncü yeri tutan komandalar 1/8 finala yüksələcəklər. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə uduzan komandaların turnirdən kənarlaşdırılması prinsipi ilə keçiriləcək. (Oxu.az)