COP29: Azərbaycan iki həftəlik qlobal barışıq təklif edir

COP29 11 iyn 2024, 08:46
Builki Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edən Azərbaycan iki həftəlik barışıq təklifi ilə illik tədbiri geosiyasi gərginlikdən qorumağı hədəfləyir.

Bu barədə "The Economic Times" nəşrində dərc olunan materialda bildirilir.

Qeyd olunur ki, Olimpiya atəşkəsindən ilhamlanan bu təşəbbüs iqlim dəyişikliyi ilə bağlı aktual problemi həll etmək üçün ölkələri birgə səylər istiqamətində birləşdirmək məqsədi daşıyır.

Materialda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri yer alır. O, hazırkı qlobal geosiyasi qütbləşmənin soyuq müharibə dövrünü xatırlatdığını vurğulayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top