“Bu, tək Azərbaycanın üzərinə düşən vəzifə deyil” — COP29-da hansı qərarlar qəbul ediləcək?

GÜNDƏM 10 iyn 2024, 20:22
BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi "Azercell Telecom"MMC-nin "Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda keçirilən tədbirdə deyib ki, COP29-da iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitin artırılması haqqında qərar qəbul oluna bilər. O qeyd edib ki, COP29 əslində sadəcə bir konfrans deyil, bir prosesdir və builki tədbirdən bəzi nəticələr gözlənilir: “Bunlardan biri maliyyə məsələsidir. Belə ki, 2015-ci ildə Paris Sazişini imzalayan tərəflər üzərinə belə bir öhdəlik götürdü ki, hər il bu sahəyə ayrılacaq vəsait 100 milyard ABŞ dolları həcmində olacaq. COP29-da bu rəqəmə yenidən baxılacaq və düşünürük bu rəqəm artırılacaq. Baxmayaraq ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir qərar bütün iştirakçılar tərəfindən veriləcək",- deyə o bildirib.

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında COP29-da bir sıra mühüm qərarların qəbul ediləcəyini deyib:



“O cümlədən ətraf-mühitin qorunması və “yaşıl iqtisadiyyat”ın daha da inkişaf etdirilməsi məqsədilə daha böyük maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulub. Bu, tək Azərbaycanın üzərinə düşən vəzifə deyil. Sazişə imza atmış ölkələrin hər birinin öhdəliyi burada nümayiş etdiriləcək. Ayrılmış maliyyə vəsaitlərinin həcmi artdıqca effektivlik göstəriciləri də artacaq. Bu, həmçinin, qlobal miqyasda iqlim dəyişikliyinə qarşı mübarizənin aparılmasında daha effektiv nəticənin əldə edilməsinə imkan verəcək”. 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top