Bayden Bəşəriyətin sonunu gətirə biləcək iki təhlükə haqqında danışıb

DÜNYA 08 iyn 2024, 22:55

" Nüvə silahları və iqlim dəyişikliyi bəşəriyyət üçün yeganə təhdiddir"

APA xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla birgə çıxışı zamanı deyib.

“Biz dünyada zərərli tullantıların sıfıra endirilməsini sürətləndirmək üçün birlikdə işləyirik. Bu, bəşəriyyət üçün ekzistensial təhlükədir, əgər iqlim dəyişikliyi ilə bağlı bir şey etməsək, nüvə silahlarının yanında bəşəriyyət üçün yeganə ekzistensial təhlükə budur.”- deyə Bayden bildirib.

Ağ Evin rəhbəri həmçinin hazırda iqlim dəyişikliyi təhlükəsinin yalnız gücləndiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top