Azərbaycanın həyata keçirdiyi yeni enerji siyasəti bütün dünyaya uğur gətirəcək — Politoloq

GÜNDƏM 07 iyn 2024, 15:23
 “Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı xidmətləri artıq dünyanın ən güclü dövlətlərindən biri olan ABŞ-nin prezidenti Co Baydenin məktubunda da öz əksini tapıb. Dünya birmənalı şəkildə Azərbaycanın bu məsələdə oynadığı rolu qəbul edir və yüksək dəyərləndirir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, hazırda atmosferdə ozon qatının nazikləşməsi, temperaturun artması, fövqəladə hadisələrin çoxalması iqlim dəyişikliyi sahəsində yeni bir trendə çevrilib:

“Bütün bunlarla qlobal mübarizənin aparıldığı beynəlxalq konfrans olan COP29-un ölkəmizdə keçirilməsi də Azərbaycanın dünya enerji siyasətinin arxitekturasının formalaşmasında önəmli rol oynadığını sübut edir. Növbəti Bakı Enerji Həftəsi də birmənalı şəkildə müsbət nəticələrini göstərir. Bakı Enerji Həftəsi BBC, CNN, Euronews kimi dünyanın aparıcı kanallarında işıqlandırılıb. Azərbaycanın yaşıl enerji ilə bağlı keçirdiyi tədbirlər də dünya ölkələri tərəfindən etimadla qarşılanır. Bu, eyni zamanda Azərbaycanın növbəti siyasi uğurudur və ölkəmizin innovativ investisiya siyasətinin bir nümunəsi kimi dünyaya təqdim olunur. Hazırda beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycana fokuslanıb. Azərbaycanın həyata keçirdiyi yeni enerji siyasəti bütün dünyaya uğur gətirəcək”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top