Almaniya Ukrayna üçün 155 mm-lik mərmilərin alınmasına qərar verib

DÜNYA 07 iyn 2024, 00:00

Almaniya Bundestaqı əlavə 155 mm-lik artilleriya sursatları almağa qərar verib.

APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, satınalmalar döyüş sursatına ciddi ehtiyacı olan Ukraynanı dəstəkləməyə davam etmək üçün istifadə oluna bilər, eyni zamanda Almaniyanın öz ehtiyatlarının daha da artırılmasına töhfə verə bilər.

“Minlərlə mərminin istehsalı və tədarükü alman silah şirkəti ilə razılaşdırılıb. Təxminən 880 milyon avroluq maliyyə tələbi həm Bundesverin xüsusi fondlarından, həm də müdafiə büdcəsindən qarşılanacaq”, - nazirlik qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top