"Belarusla ticarət dövriyyəsini artırmaq üçün ehtiyatlar var"

İQTİSADİYYAT 06 iyn 2024, 14:25
İyunun 7-də Minskdə işgüzar dairələrin Azərbaycan və Belarusun investisiya və ixrac imkanları ilə tanışlığı üçün mühüm platformaya çevriləcək Belarus-Azərbaycan Biznes Forumunun keçirilməsi planlaşdırılır.

Demokrat.az BELTA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Minskdə keçirilən Azərbaycanla Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasında deyib.

“Məhdud tərkibdə keçirilən görüşdə Belarusun Baş nazirinin müavini İqor Petrişenko ilə gündəlikdəki məsələləri ətraflı şəkildə nəzərdən keçirdik. Biz dövlət başçılarının tapşırıqlarını yerinə yetirmək üçün birgə səyləri artırmaq barədə razılığa gəldik”, - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Belarus prezidentləri arasında fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə sabit dinamikanı təmin edib.

Ə.Əhmədov bildirib ki, dövlət başçılarının son tapşırıqları nəzərə alınaraq, iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə “yol xəritəsi” yenilənib.

Baş nazirinin müavini söyləyib ki, Belarusla Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün ehtiyatlar var. Hər iki ölkənin rəhbərləri qarşılıqlı mal tədarükünün çeşidinin daha da genişləndirilməsi və həcminin artırılması ilə bağlı tapşırıqlar veriblər. Digər mühüm sahə investisiya əməkdaşlığının inkişafıdır.

O qeyd edib ki, aqrar-sənaye kompleksi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilir: "Bu sahədə 2025-ci ilə qədər hərtərəfli əməkdaşlıq proqramı var".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top