Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

HƏRBİ 06 iyn 2024, 14:17
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Belarus müdafiə nazirləri Zakir Həsənov və Viktor Xrenin telefon danışığı zamanı MDB Müdafiə Nazirləri Şurasının iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın müdafiə naziri iyulun 3-də Minskdə keçirilməsi planlaşdırılan iclasda iştirakını təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top