Qəzzada ölənlərin sayı 37 minə yaxınlaşır

DÜNYA 04 iyn 2024, 18:59
İsrailin hücum etdiyi Qəzza zolağında ölənlərin sayı 36 min 550 nəfərə yüksəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İsrail ordusu oktyabrın 7-dən Qəzza zolağında hücumlarını davam etdirir:

“Son 24 saat əraziyə daha 7 hücum təşkil edilib. Hücumlarda 71 nəfər həyatını itirib, 182-si isə yaralanıb. 

7 oktyabrdan bəri ölənlərin sayı 36 min 550, yaralıların sayı isə 82 min 959-a yüksəlib”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top