Dünya Özəl

Qəzzada ölənlərin sayı 37 minə yaxınlaşır

Qəzzada ölənlərin sayı 37 minə yaxınlaşır

İsrailin hücum etdiyi Qəzza zolağında ölənlərin sayı 36 min 550 nəfərə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İsrail ordusu oktyabrın 7-dən Qəzza zolağında hücumlarını davam etdirir:

“Son 24 saat əraziyə daha 7 hücum təşkil edilib. Hücumlarda 71 nəfər həyatını itirib, 182-si isə yaralanıb.

7 oktyabrdan bəri ölənlərin sayı 36 min 550, yaralıların sayı isə 82 min 959-a yüksəlib”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova