"COP29 Azərbaycana strateji tərəfdaşlıqlar qazandıracaq"

COP29 04 iyun 2024, 14:54
 "COP29 Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək və kiçik ölkə olmasına baxmayaraq Azərbaycanın diplomatiya sahəsində inkişafına böyük töhfə verəcək".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu istiqamətdə təcrübə toplamasında böyük rol oynadı:



"COP29-un Azərbaycanda keçirilməsi böyük dövlətlərin ölkəmizə etimadının formalaşmasına gətirib çıxaracaq. Sirr deyil ki, dünya liderlərinin və hökumət başçılarının Azərbaycan Prezidentinə müstəqillik günü ilə bağlı göndərdiyi məktublarda məhz COP29-un Azərbaycanda keçirilməsi və ölkəmizin bu yöndə üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirəcəyi xüsusi vurğulandı. Bu tədbir Azərbaycanın həm Cənubi Qafqazda siyasi-iqtisadi mövqeyini gücləndirəcək, həm də  bir çox ölkələrlə strateji tərəfdaşlığını möhkəmləndirəcək. Azərbaycan beynəlxalq əhəmiyyətə malik ölkə kimi nüfuz qazanacaq".

Törə Zeynallı
Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top