Cop29 Özəl

"COP29 Azərbaycana strateji tərəfdaşlıqlar qazandıracaq"

COP29 Azərbaycana strateji tərəfdaşlıqlar qazandıracaq

"COP29 Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək və kiçik ölkə olmasına baxmayaraq Azərbaycanın diplomatiya sahəsində inkişafına böyük töhfə verəcək".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu istiqamətdə təcrübə toplamasında böyük rol oynadı:

COP29 Azərbaycana strateji tərəfdaşlıqlar qazandıracaq

"COP29-un Azərbaycanda keçirilməsi böyük dövlətlərin ölkəmizə etimadının formalaşmasına gətirib çıxaracaq. Sirr deyil ki, dünya liderlərinin və hökumət başçılarının Azərbaycan Prezidentinə müstəqillik günü ilə bağlı göndərdiyi məktublarda məhz COP29-un Azərbaycanda keçirilməsi və ölkəmizin bu yöndə üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirəcəyi xüsusi vurğulandı. Bu tədbir Azərbaycanın həm Cənubi Qafqazda siyasi-iqtisadi mövqeyini gücləndirəcək, həm də bir çox ölkələrlə strateji tərəfdaşlığını möhkəmləndirəcək. Azərbaycan beynəlxalq əhəmiyyətə malik ölkə kimi nüfuz qazanacaq".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova