Şimali Koreya raketlərinin parçaları Ukraynada aşkarlanıb

DÜNYA 31 may 2024, 19:10
“Şimali Koreya Rusiyanın Ukraynaya qarşı raket hücumlarını aktivləşdirir”.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Müdafiə Kəşfiyyat İdarəsi (DİA) məlumat yayıb.

Məlumatda, Ukraynanın bir çox bölgəsində aşkarlanan ballistik raketlərin hissələrinin Şimali Koreyaya aid olduğu bildirilib. 

Həmçinin yanvar ayında Ukraynanın Xarkov vilayətinə vurulan partlayıcının Şimali Koreyaya məxsus qısa mənzilli raket olduğu qeyd edilib.

Bəyənatda, Pxenyan və Moskva arasındakı yaxşılaşan əlaqələrə də diqqət çəkilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top