Əli Əsədov Ulyanovsk vilayətinin qubernatoru ilə görüşdü

XARİCİ SİYASƏT 30 may 2024, 15:49
Mayın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüşüb.

Demokrat.az xəbər verir ki, tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsini vurğulayıblar, həmçinin Azərbaycan ilə Ulyanovsk vilayəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Görüş əsnasında hər iki tərəf üçün maraq kəsb edən bütün istiqamətlər üzrə qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top