“Şirvan” gömrük postunda sahibkarlarla növbəti görüş keçirildi

SOSİAL 29 may 2024, 18:13
“Şirvan” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüş gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirmələr, eyni zamanda gömrük rəsmiləşdirilməsi prosesində müvafiq dövlət orqanlarından tələb olunan icazə sənədləri barədə xarici ticarət iştirakçılarının məlumatlandırılması məqsədilə təşkil olunub.

Görüşdə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük sistemində aparılan təkmilləşdirilmələr və yeni istifadəyə verilmiş lahiyələrin idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, rəsmiləşdirmə prosesinə sərf edilən vaxt itkisinin və əlavə xərclərin minimum endirilməsinə şərait yaratdığı vurğulanıb.

Tədbirdə həmçinin, gömrük bəyannamələrinin düzgün tərtib olunması ilə bağlı suallara ətraflı şəkildə izahlar verilib.

Sonda sahibkarlar tərəfindən səsləndirilən təklif və rəylər dinlənib, onların sualları cavablandırılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top