“Crescent Mall” ticarət mərkəzi Azərbaycanın iqtisadi gəlirlərini daha da artıracaq — Baş redaktor

TURİZM 29 may 2024, 16:29
“Bu günlərdə cənab Prezident İlham Əliyev tərəfindən açılışı edilən “Crescent Mall” ticarət mərkəzi paytaxtımızın həm simasının gözəlləşməsi, həm də iqtisadi potensialının artması baxımıdnan çox əhəmiyyətlidir”. 

Bu fikirləri “Demokrat Media”nın rəhbəri, Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli bildirib. 

Onun sözlərinə görə, ticarət mərkəzinin binasının forması şəhərə xüsusi gözəllik verir, xüsusilə dənizdən şəhərin panoramasını cəlbedici edir: 

“Bakı qədimliklə müasirliyi özündə birləşdirən dünyanın nadir şəhərlərindəndir. “Crescent Mall” ticarət mərkəzi paytaxtımızın bu simasını qoruyur, çünki mərkəzə ənənələrlə innovasiyalar harmoniya təşkil edir. Bu mərkəz Bakının, həm də bütövlükdə Azərbaycanın unikal memarlıq üslubunu da dünyaya tanıdacaq. 

Bildiyimiz kimi, Bakı hazırda dünyanın ən çox qonaq qəbul edən şəhərlərindəndir və qonaqlar təkcə turistlər yox, dünya siyasətinə, mədəniyyətinə, elminə yön verən insanlardır. 

Eyni zamanda, paytaxtımız müxtəlif beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Qonaqların bu mərkəzdə istirahət etməsi, yaxud beynəlxalq tədbirlərdə bu mərkəzin binasından da istifadə edilməsi həm ölkəmizin tanıdılması baxımından əhəmiyyətli olacaq, həm də iqtisadi gəlirlərin artması baxımından.

Bu mərkəzdə 2400 işçinin çalışması isə payatxtda yeni iş yerlərinin yaradılmasına töhfə verən amildir. Fikrimcə, bu ticarət mərkəzi şəhərin gözəlliyinə gözəllik qatacaq, həmçinin, iqtisadi gəlirləri daha da artıracaq”.

Vasif Həsənli deyib ki, Bakı müasirliklə qədimliyin harmoniyasında inkişaf edən özünəməxsus şəhərdir:

“Paytaxtımızda həm mədəni irs qorunur, həm də müasirləşmə həyata keçirilir. “Crescent Mall” mərkəzi də şəhərimizin memarlığına verilən mühüm töhfələrdən biridir”.


Aysun İbrahimli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top