İranda sərnişin təyyarəsi məcburi eniş edib

REGİON 28 may 2024, 16:38
İranda sərnişin təyyarəsi məcburi eniş edib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, məlumatı İranın Xürrəmabad Hava Limanının ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər.

İnformasiyaya əsasən, təyyarə texniki nasazlıq səbəbindən məcburi eniş edib.

Təyyarə İranın paytaxtı Tehranın Mehrabad Hava Limanına dönüb. Sərnişinlərin vəziyyəti barədə məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top