"Biz Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndiririk"

XARİCİ SİYASƏT 28 may 2024, 13:32
Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, bu barədə Aİ nümayəndəliyinin “Facebook” sosial şəbəkəsində paylaşım edilib.

“Aİ Nümayəndəliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edir! Aİ Azərbaycanla olan stabillik, rifah və qarşılıqlı əməkdaşlığı gücləndirməyə yönələn, eləcə də vətəndaşlarımızın rifahı naminə üzləşdiyimiz problemləri həll etməyə çalışan tərəfdaşlığı yüksək qiymətləndirir. Azərbaycanın ev sahibliyi edəcəyi və Bakıda keçiriləcək COP29, iqlim fəaliyyəti və “yaşıl keçid” sahəsində əməkdaşlıq üçün əlverişli imkan yaradır. Biz Azərbaycana və onun xalqına sülh, firavanlıq və tərəqqi arzulayırıq”, - paylaşımda bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top