Xramçay və Ağstafaçay daşıb, bəzi əraziləri su basıb

HADİSƏ 26 may 2024, 13:42
Qazaxda güclü yağışlardan sonra çaylar daşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafaçayda suyun səviyyəsinin qalxması nəticəsində Qazaxın "mal bazarı" adlanan ərazisini su basıb.

Həmçinin Gürcüstan ərazisində də yağan leysan yağışlar nəticəsində Xramçay da daşıb, İkinci Şıxlı kəndində meşəlik ərazi su altında qalıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları və texnikalar əraziyə cəlb olunub, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top