Göyçayda 45 yaşlı kişi qətlə yetirildi

HADİSƏ 23 may 2024, 23:58

May ayının 23-də saat 21 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Əhmədov Rza Ağarza oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top