Donetskin bu qəsəbəsi tutuldu

DÜNYA 23 may 2024, 18:42
Rusiya Donetsk vilayətinin Andreyevka qəsəbəsini nəzarətə götürüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Donbas bölgəsində irəliləyib:

“Aktiv hərbi əməliyyatlar nəticəsində Donetsk Xalq Respublikasının Andreyevka qəsəbəsi azad edilib, həmçinin cəbhədəki vəziyyət yaxşılaşdırılıb.

Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Çasov Yar, Razdolovka və Konstantinovka yaşayış məntəqələri darmadağın edilib”.

Açıqlamada, Rusiya hava hücumundan müdafiə sistemlərinin gün ərzində 53 pilotsuz uçuş aparatını vurduğu qeyd olunub.

Eyni zamanda, bu günə qədər Ukraynanın 601 təyyarə, 274 helikopter və 523 hava hücumundan müdafiə raket sisteminin vurulduğu bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top