Müşfiq Abbasovla oxucuların görüşü keçirildi — FOTOLAR

ƏDƏBİYYAT 23 may 2024, 12:17
Mayın 23-də Sabunçu rayon MKS-in Mərkəzi Kitabxanasında yazıçı Müşfiq Abbasovla oxucuların görüşü keçirilib.

Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan görüşdə aparıcı Günay Firudinqızı yazıçının həyat və fəaliyyəti barədə geniş məlumat verib. 

Sonra oxucularla yazıçı arasında maraqlı diskusiya baş tutub. Oxucular "Mənfi 4", "Qan haqqı" və "Şeytanın siması" romanları haqqında öz fikirlərini bildirib və onları maraqlandıran sualları yazıçıya ünvanlayıblar. Müşfiq Abbasov oxucuların suallarını cavablandırıb və gənclərə öz tövsiyyələrini verib. 

Tədbirin sonunda M.Abbasov öz kitablarını imzalayaraq oxuculara və kitabxanaya hədiyyə edib.












SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 22:21
Top