Mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

ƏDƏBİYYAT 16 avqust 2024, 10:30
Avqustun 16-sı mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

Demokrat.az xəbər verir ki, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi nəşriyyat kitabı və yüzlərlə məqalələrin, müasir də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
O, 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən vəziyyətdən sonra Bakıda vəfat etdi.

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top