Namiq Hacıheydərli 49-cu doğum günündə məzarı başında yad edilib — FOTO

ƏDƏBİYYAT 11 sentyabr 2024, 16:40
Azərbaycanın araşdırmaçı şairi, istedadlı yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş mərhum Namiq Hacıheydərli 49-cu doğum günündə məzarı başında yad edilib. 

Demokrat.az
xəbər verir ki, doğulduğu Salyan rayonunda bu günlərdə məzar daşı qoyulmuş Namiq Hacıheydərlinin anım mərasiminə mərhumun ailə üzvləri və yaxınları, sinif yoldaşları və dostları yığılaraq, onun həyat və fəaliyyətindən bəhs ediblər. 

Tədbirdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, xeyriyyəçi iş adamı hacı Məmməd Hüseynov, tarixçi alim Ramazan Hüseynli, mərhumun yaxını Eldar Heydərov, mərhumun müəllimi Bəylər Heydərov, "Demokrat.az" xəbər portalının rəhbəri Vasif Həsənli, "Kolanı TV"-nin baş redaktoru Nadir Qədimli və digər ictimaiyyət nümayəndələri çıxış ediblər. 

Qeyd olunub ki, dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu yolu şərəflə, ləqayətlə və imanla addımlamış Namiq Hacıheydərli sağlığında Vətənə ləyaqət nümunəsi sayılacaq hörmət qazanıb.

Mərasim zamanı Namiq Hacıheydərlinin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Xatırladaq ki, Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib.

2024-cü il aprel ayının 27-də qəfil komaya düşdüyünə görə xəstəxanaya yerləşdirilib. Həmin gün vəfat edib.


Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top