Xarici dövlət borcunun 10 milyard dollara qədər artırılması nəzərdən keçirilir

İQTİSADİYYAT 23 may 2024, 11:55
Xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir.

Demokrat.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

“Lakin xarici dövlət borcunun aşağı səviyyədə olması ilə yanaşı müəyyən qərarlar qəbul edilib. Ölkəmizin qarşısında duran müəyyən çağırışlar, layihələrin həyata keçirilməsi prizmasından maliyyə kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirilərək kreditlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub. Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir. Bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu, bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur layihələri icra edə bilək”, - deyə nazir bildirib. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top