İsrail Norveç və İrlandiyadakı səfirlərini geri çağırdı

DÜNYA 22 may 2024, 11:37
İsrail Fələstin dövlətini tanıyacaqlarını elan edən İrlandiya və Norveçdəki səfirlərini geri çağırmaq qərarı verib.

Demokrat.az
xəbər verir ki, bu barədə İsrail XİN-dən açıqlama verilib.

Bildirilib ki, səfirlər İrlandiya və Norveçin Fələstin dövlətini tanıyacaqlarını barədə verilən açıqlama səbəbindən geri çağırılıb. 

Xarici işlər naziri Yisrael Katz qeyd edib ki, əgər İspaniya da Fələstin dövlətini tanımaq qərarına gəlsə, İsrailin Madriddəki səfiri də geri çağırılacaq. 

Qeyd edək ki, İrlandiya və Norveç Fələstini beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq tanıyacağını açıqlayıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top