Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü

KRİMİNAL 20 may 2024, 23:44

Masallıda qətl hadisəsi olub.

Yenisabah.az xəbər verir ki, mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb.

Hadisə şəxsi münaqişə zəminində baş verib.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top