Qızdırma bu xəstəliklərin ilkin əlaməti ola bilər — Həkimdən XƏBƏRDARLIQ

SOSİAL 20 may 2024, 13:00
Xəbər verdiyimiz kimi, Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb. Evdə müalicə olunan Əli Xəyyam oğlu Vəliyevin bir həftəyə yaxın hərarəti aşağı düşməyib. Son anda xəstəxanaya gətirilərkən artıq gec olub. Çoxlarımız qızdırmaya ötəri yanaşır, vaxtında həkimə müraciət etmirik. 

Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, qızdırma bir çox xəstəliklərin ilkin əlaməti ola bilər:

"Qızdırma hər hansı bir infeksiyaya qarşı orqanizmin cavab reaksiyasıdır. İstər virus infeksiyası olsun, istər bakterial infeksiya, istər travmatik zədələnmələr olsun - hər biri qızdırma ilə özünü büruzə verə bilər. 

Çox güman ki, həmin uşaqda septiki vəziyyət yaranıb. Yəni, septiki şoka düşüb və dünyasını dəyişib. Septik şok ümumi iltihab sindromunun ağır formalarından biridir. 

Daha çox travmalarda və iltihabi-destruktiv xəstəliklərdə rast gəlinir. İnfeksion ağırlaşmalarla müşahidə olunur". 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top