“Valideyn bilməlidir ki, universitetə girmək nazir olmaq demək deyil” — Psixoloq

GÜNDƏM 17 may 2024, 19:50
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Abituriyentlərin imtahana psixoloji cəhətdən də hazır olması onların nəticələrinə təsir edən mühüm faktorlardandır.  Psixoloq Gülnar Orucova Demokrat.az-a açıqlamasında deyib ki, valideynlərin uşaqlarını həddən artıq təzyiq altında saxlaması onları intihara sövq edə bilər:



“Valideynlər repetitorlara çox pul xərclədiklərinə görə düşünürlər ki, övladları əgər universitetə girmirsə, bu, məsuliyyətsizlikdəndir. Valideyn övladının üzərinə çox düşür, düşünür ki, uşağın heç asudə vaxtı olmamalıdır, ancaq dərs oxumalıdır. Hər bir uşaq, yeniyetmə və abituriyentin asudə vaxtı da olmalıdır, istirahət də etməlidir. Valideyn bilməlidir ki, universitetə girmək yalnız ali təhsil almaq deməkdir. Yəni, bu, həkim, vəkil, hüquqşünas, nazir olmaq demək deyil. Diplom sadəcə ali təhsili təsdiq edən bir sənəddir. Kifayət qədər uğurlu, varlı iş adamları var ki, heç onların ali təhsili yoxdur. Yəni, ali təhsil hər şey demək deyil. Övladı uğurlu və uğursuzluğu ilə qəbul etmək lazımdır. Övladınız yalnız uğur qazananda onun yanında olursunuz, amma uğursuzluğa düçar olanda, az bal toplayanda onu günahlandırırsınız, onu təhqir edib,  şəxsiyyətini alçaldırsınız. Bu, doğru addım deyil. Övladımıza maksimum dəstək olmalıyıq.  Valideynlərə səbr və təmkinlə övladlarını nəticələri nə olursa, olsun, qəbul etmələrini arzulayıram”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top