Salam Sarvan yenidən xəstəxanaya yerləşdirildi

ƏDƏBİYYAT 14 may 2024, 17:33
Şair Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, sabah əməliyyat olunacaq.

Bu barədə APA-ya şair özü məlumat verib.

Onun sözlərinə görə, bir neçə gün öncə yenidən müayinə edilib.

"Buna qədər belə hesab edilirdi ki, əməliyyat risklidir. Kimya-terapiya müalicəsi daha məqsədəuyğun hesab edilmişdi. Amma bu müayinə onu deməyə əsas verdi ki, mənim yenidən əməliyyat şansım var. Xəstəxanadayam. Sabah, yəqin ki, əməliyyat ediləcəyəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 22:21
Top