“Qarabağ” öz rekordunu təkrarlayıb

İDMAN 13 may 2024, 14:23
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 91-ci qolunu vurub. Ağdam klubu bu rəqəmə 34-cü turun “Zirə” ilə matçındakı 1:0 hesablı səfər qələbəsi ilə çatıb.

Demokrat.az
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bununla da tarixinin rekordunu təkrarlayıb. “Qarabağ”ın ən çox qol vurduğu mövsüm ötən çempionat olub. Ağdamlılar 2022/23 mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.

Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə və “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top