Azərbaycanlı qol güləşçisi Avropa Çempionu olub

İDMAN 12 may 2024, 16:57
Azərbaycanlı qol güləşçisi, super ağır çəki dərəcəsində güləşən idmançı Tərxan Müzəffərov Slovakiyada keçirilən 33-cü Avropa Çempionatının qızıl medalını qazanıb.

Demokrat.az xəbər verir ki, Tərxan Müzəffərov İtaliya, Gürcüstan, Ukrayna, Macarıstan və Bolqarıstandan olan bütün peşəkar, güclü rəqiblərini məğlub edərək 1-ci yerin sahibi olub.

Qeyd edək ki, qol güləşi üzrə 2014-cü ildən super ağır çəki dərəcəsində Azərbaycan heç bir medal qazanmırdı. Tərxan Müzəffərovun bu çəkidə qızıl medal qazanması ilə son 10 ildə super ağır çəkidə Azərbaycana gətirilən ilk nəticə və medal olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyn 2024, 15:59
Top