Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var

HADİSƏ 12 may 2024, 00:30

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Goranboy rayonunun Nizami kəndindən keçən hissəsində qeydə alınıb.

"Nissan" markalı minik avtomobilinin "TIR"a çırpılması nəticəsində Mürşüdov Ülvi Qara oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top