Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır — VİDEO

QARABAĞ 09 may 2024, 11:45
30 illik fasilədən sonra Şuşa şəhəri öz əzəli sakinlərini qarşılamağa hazırlaşır.

Demokrat.az xəbər verir ki, artıq keçmiş məcburi köçkünlərin Şuşaya qaytarılmasına start verilib və ilk köç karvanı yola hazırlaşır. Hazırda şuşalılar doğma yurd-yuvalarına köç həyəcanını yaşamaqdadırlar.

Qeyd edək ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Yeni yaşayış massivində 370 ailənin mənzillə təmin olunacağı bildirilib.

Videonu təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top