"ASAN TV"yə yeni baş redaktor təyin edildi

MEDİA 07 may 2024, 17:31
"ASAN TV" və "ASAN Radio"ya yeni baş redaktor təyin edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

O bildirib ki, bu vəzifəyə Elvin Dəmirli gətirilib. Jurnalist bundan əvvəl ATV, "Space" kimi kanallarda, həmçinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində çalışıb.

Qeyd edək ki, "ASAN Radio" 2015-ci ildə, "ASAN TV" isə bu il yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top