Zelenskiyə qarşı sui-qəsd: Rusiya agentləri ifşa olundular — FOTO

DÜNYA 07 may 2024, 17:00
Ukrayna Təhlükəsizlik Xidməti Prezident Volodimir Zelenskinin qətlini planlaşdıran Rusiya Federal Təhlükəsizlik Xidməti agentlərini ifşa edib.

Onların arasında Rusiya Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovniki də var.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Məlumata görə, Ukrayna əks-kəşfiyyat və Ukrayna Təhlükəsizlik Xidməti müstəntiqləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ukrayna Prezidenti Volodimir Zelenskini və dövlətin ali hərbi-siyasi rəhbərliyinin digər nümayəndələrinin qətlləri ilə bağlı planlarının qarşısını alıblar.

“Agent şəbəkəsi tərəfindən həyata keçirilməli olan plan Dövlət Təhlükəsizlik İdarəsi və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ifşa edilib. Agent şəbəkəsinin tərkibində Rusiya Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovniki də olub ki, Rusiyanın məxfi məlumatlarını “sızdıran” bu polkovniklərin fəaliyyətləri Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvadan idarə olunub”, - deyə məlumatda bildirilib. 

Qurumun məlumatına görə, Federal Təhlükəsizlik Xidmətinin kəşfiyyat şəbəkəsinin vəzifələrindən biri Ukrayna prezidentinin təhlükəsizlik əməkdaşlarına yaxın olan hərbçilər arasında Zelenskini girov götürəcək, sonradan da öldürə biləcək icraçıların axtarışı olub.

Həmçinin öldürüləcək hədəflər arasında Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və digər yüksəkrütbəli məmurlar da olublar.

Sui-qəsd üçün Ukrayna rəsmilərinin yerləşdiyi hədəflərə dron hücumları və raket zərbələrinin kombinasiyasından istifadə edilməsi nəzərdə tutulubmuş.













SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top