Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələndi

HADİSƏ 07 may 2024, 10:34
Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.

Demokrat.az xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 may 2024, 12:15
Top