Elmin İnkişafı Fondunun yeni icraçı direktoru kimdir? — FOTOLAR


GÜNDƏM 20 sen 2019, 23:08

Xəbər verdiyimiz kimi, İlham Əliyev Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fonduna Mehriban Natiq qızı İmanovanı icraçı direktoru təyin edilib.


Demokrat.az-ın məlumatına görə, Mehriban İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub.  1985-1995-ci illərdə Baki şəhəri 236 saylı orta məktəbdə oxumuş və oranı bitirib.


1995-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olmuş və 1999-cu ildə oranı bitirib. 1999-cu ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin  magistratura pilləsinə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) bitirmirmişdir. 


2003-2007-ci illərdə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olmuşdur. 2001-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlamışdır.


2010-ci ildə namizədlik dissertasiya işini  müdafiə edərək  riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında tam ştat müəllim, 2013-cü ildən dosent əvəzi, 2016-ci ildən isə dosent vəzifəsində çalışır.


M.N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


Ailəlidir, iki övladı var.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top