Prezident rektorları təltif etdi — ADLAR

SOSİAL 01 may 2024, 10:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.

Demokrat.az xəbər verir ki, təltif olunanlar sırasında UNEC-in rektoru professor Ədalət Muradov, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Aqrar Universitetin rektoru Zəfər Qurbanov yer alıblar.

Yubiley medalını rektorlara elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top