Doğma yurduma qayıdışımla fəxr edirəm.
Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə Füzulidən olan keçmiş məcburi köçkün Roza Muradova deyib.
“Bütün bunlar Ali Baş Komandanımızın, şəhidlərimizin, qazilərimizin sayəsindədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Ordumuzu, Prezidentimizi qorusun. Çünki biz onların sayəsində torpağımıza addım atırıq”, - R.Muradova deyib.
O, qeyd edib ki, vaxtilə düşmən tapdağında olmuş torpaqlarımızda şəhidlərin qanı axıb: “Ora qayıtmalıyıq ki, şəhidlərimizin ruhu şad olsun. Bütün şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Şükür bu günə ki, doğma yurduma qayıdıram. Azərbaycanın hər yeri doğmadır, Vətəndir, ancaq insanın doğulduğu yer daha əzizdir. Bu da şəhidlərimizin, qazilərimizin sayəsindədir”.
Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 39 ailənin köçü başlayıb. 153 nəfər keçmiş məcburi köçkün, o cümlədən Bakı şəhərindən 27 ailə (110 nəfər), Sumqayıt şəhərindən 5 ailə (14 nəfər), Füzuli rayonundan 3 ailə (10 nəfər), Şamaxı rayonundan 2 ailə (8 nəfər), Abşeron rayonundan 1 ailə (7 nəfər), Yevlax şəhərindən 1 ailə (4 nəfər) yola salınıb.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatıb. (Report)