Fuad Muradov 7 kişini qadınlarla şantaj edib — MƏHKƏMƏ

KRİMİNAL 26 apr 2024, 15:59
“Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradov, onunla birlikdə mühakimə olunan Ramil Paşşanov və Gülnar Hacıyevanın  cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az xəbər verir ki cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi baxılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 30-na təyin olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə), 128.2.2 (təkrar törədildikdə), 182.2.4 (xeyli əmlak əldə etmək məqsədilə törədildikdə) maddələrilə ittiham irəli sürülüb. 

Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu işdə 7 nəfər zərərçəkmiş qismində tanınıb. 

Təqsirləndirilən şəxsləri 2023-cü il oktyabrın 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları saxlayıb. Şantaja məruz qalan şəxslər idarəyə şikayət ediblər.

Onlar qeyd ediblər ki, Fuad Muradovgil müxtəlif kişilərin qadınla intim görüntülərini gizli şəkildə çəkib, sonradan həmin görüntüləri ailələrinə göstərməklə hədələyib, o adamlardan pul alıblar.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 may 2024, 14:44
Top