69-cu əfv hazırlığı — Bu gün yeni qərarlar veriləcək

DAXİLİ SİYASƏT 26 apr 2024, 13:43
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün - aprelin 24-də növbəti dəfə geniş iclası keçiriləcək. Qeyd edək ki, Əfv  Komissiyanın iki iclası keçirilib və 200-dən artıq müraciətə baxılıb. Məlumdur ki, əfv Prezidentin səlahiyyətindədir. Qanun dövlət başçısına məhkumu cəzanın qalan hissəsindən azad etmək; cəza müddətini azaltmaq; cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzləmək hüquqları verir. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası maksimum 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün Prezidentə təqdim olunur.

Bəs növbəti əfvdən hansı gözləntilər var?


Çingiz Qənizadə: “Ölkədə geniş amnistiya verilməsinə böyük ehtiyac var, çünki... ”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a  dedi ki, hüquq müdafiəçiləri, cəmiyyətin müxtəlif aktiv təbəqəsi Əfv  Komissiyasının iclaslarını izləyir: “Hesab edirəm ki, qarşıdakı may ayında əfv fərmanı veriləcək. Çünki cənab prezident İlham Əliyevin bu humanist addımı hər il ardıcıl olaraq təkrarlanır və hər dəfə də yüzlərlə məhbus əfv fərmanı ilə azadlığa buraxılır və yaxud cəzasının çəkilməmiş hissəsi dəyişdirilir. Bu proses hər dəfə 300-500, hətta 600 məhbusa şamil edilsə də, onların ailə üzvləri, qohumları, yaxınları da bu sevinci yaşadıqlarına görə minlərlə insan bundan bəhrələnir. Beləliklə də, qarşıdakı may ayında da cənab Prezidentin minlərə Azərbaycan vətəndaşını sevindirəcəyini düşünürəm”.

Hüquq müdafiəçisi hazırda cəzaçəkmə müəssisələrində böyük sıxlıq yaşandığını, buna görə ölkədə geniş amnistiya aktının imzalanmasına böyük ehtiyac olduğunu qeyd edib: “Bir sıra cəzaçəkmə müəssisələrində monitorinqlər keçirdik və müşahidə etdik ki, həddindən artıq sıxlıq yaşanır. Çox təəssüf ki, son vaxtlar xüsusilə narkotiklə bağlı həbs olunanların sayı durmadan artır. Beləliklə də, cəzaçəkmə müəssislərində sıxlıq yaranıb və buna görə ölkədə geniş amnistiya aktının verilməsinə ehtiyac var. Adətən amnistiya aktı təxminən 10 min və yaxud bundan da çox insana şamil edilir. May ayında veriləcək əfv sərəncamından sonra isə çalışacağıq ki, amnistiya məsələsinin gündəmə gətirilməsi istiqamətində müraciətlər edək, əsaslandıraq və geniş amnistiyanın verilməsinin şahidi ola bilək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 may 2024, 09:25
Top